7 Mayıs 2017 Pazar

gedirəm

Yanımda yoxsan.
Günəşin rəngi bir qəribədi.
Gündüzləri gecəyə darıxıram.
Gecəni yoxluğuna yazıram -
Hesab bərabərədi.
Təzə dostlarım var indi.
Divarlar, mahnılar, özümə özüm.
Bir gəlişin yadımdadı birdə gedişim.
Hər yerdə istəmədən səni gəzir gözüm,
Bircə "sənim" dəyişməsin...
Başqalarını sən çağırır
Hamını sən görürəm!
Gedirəm...

Və yoxam, əllərin titrəyir astadan.
Nəsə qalar deyə baxırsan,
Hər küncü gəzirsən -
Bir şeylər üçün məndən.
Bəlkə bir şey düşər əllərimdən,
Saçımın teli bəlkə.
Bəlkə soyuq bir baxışım -
Gözlərimdən.
Gedərkən ləpirlərim, hər hansısa bir ləkə.
Bilirəm!
Başqalarını mən çağırır,
Hamını mən görürsən.
Şəkillərə dərinləşir gözlərin,
Məni istəyir bütün sən,
Bilirsən...


Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun