1 Temmuz 2017 Cumartesi

çəmədan

Bayaq, son kibriti yandırdım.
Od vurdum sahildən uçurtduğum son arzu fənərimə.
Bütün yolu piyada gəldim evimə.
Hə, bir az da ağladım...
Yığdım sənlilərin hamısını qaramsı çəmədanıma.
Bərk - bərk düyümləyib bağladım.
Qapını örtdüm, çıxdım, getdim, düzəldim öz yoluma -
Çəmədanımı saxladım.
Sonra evi yandırdım.
Uzaqlaşdıqca şəhərindən -
Alovlarına da əl salladım.

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun