8 Eylül 2017 Cuma

getmə

Dayan!
Çılğın yaz yağışlarının,
Aysız aydın ayazların,
Və səssiz danışanların
Dünyası olan...

Bir az da gözlə...
O inatkar küskünlüyün qırmaçlarını,
Barışmağı seç
Baxışımdaki uşaqlığın yeniyetməliyinə
Keç, nə olar axı?..

Getməsən -
Arzular və xəyallar və sevgimiz
Və bütünlük və gülüşlər və kədər
Və küskünlük və əllərimiz
- gözü doyacaq hisslərimizin.

Sənsizliyin necə olduğunu görmək istəyirsənsə
Getdiyin an başlayacaq,
Məncə bax...

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun