22 Eylül 2017 Cuma

çıxaq 1

Dənizdir adın sənin.
Narın dalğalı, rəngi quru...
Yağışsız suyun paslı parıltısına
Çöküntülərim qədər dərin...

Gedə bilmədiyim uzaqlar sən,

Üfüqün sonsuz bucaqları kimi...
Ömrün naxış-naxış hördüyü pisliyə gülən
Dolduğum yaşlar sən.
Olmayan o "var" sən.

Sevgi əməkdən doğar,

Və bağlanmaq dişi işidir..
Və qurmaq xəyalları
Kişi işidir...

O illərin qəhərində,

Və ölçüsüz sədaqətlə..
Bu sən -
Qarış qarış səpələndin torpağıma.
Yəni bu gedişimə,
Yəni yadlaşdığım hissə
Acıq edirəm.

İndi,

Susduğun qarı suallarla
Günəş sabaha çatmamış,
Dağılmış kirimi səliqəsinə
Otağı öz əqidəsinə
Duyğularla,
Bir həncaama gətir...
Bir az da kömək et -
Bu könlün gündəliyində
O nəfərlərdən
Çıxaq 1...

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun