22 Eylül 2017 Cuma

küskün

Dəyərli və Xüsusi insan Raciyə Zeynallı'n rənglərinə xitabən
Sevgilərlə...

Dünənə bu günümdən,
Yarım bir yuxu kimi
Qaydasız qaçıb gedən...

Fəsillərin hər birindən

Ancaq bahar arzulayan
Digər hamısına küsən -
Ey sevgili, sevişdiyim qız!
Belə təmənnasız
Hansı bədənə tələsirsən?!

Sehirbazın sirrlərini oğurlayıb -

Nəfəsindən nəfəs aldığım.
Məktubumu da cibinə atıb...

Gələcəyimə adını yazıb axtardığım iz,

Bu gecə sabah olmadan
Sənsiz -
Dolmaz kitabın o ağımtıl səhifələri.
Yazdığımda küsər köçər misralarımdan.

Bir ögeylik hiss etməz qanan hisslərimdə...


Məndən kənara addım atdın

Mənim qürursuzluğum.
Artıq quşlar uçuşmaz bağçalarımdan...

Dirə qəlbimə lüləsini, yoxluğunun!


Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun