7 Kasım 2017 Salı

bir tək sən olmursan bütün gecələrdə

Sözlərindən tutardı,
Ən bütünündən könlü dumanın.
Elə də çox incitməzdi düzün yalanı...

Hansı yoxluq sənsizlikdən ucuzdur?
Çiçəklərin solur evin arxa baxcasında.
Nəmi qumdan gözyaşı,
Ətri buludlardan quru paltarımda.

Bir göz qırpımı bəs edərdi yazı gətirməyə,
Dünənim son baharın sonları. 
Köhnə sevgilinin ən şirin xatirəsindən
Keçir bu gecənin yuxu qatarı.

Ruhun əlbət alışacaq bir qışın çırağında...

Qopardılıb "hiss" adlanan bir çiçək kimi,
Sərxoş bir xatirənin sevgilisinə
Pay elədim sükutunu -
"Biz" üstündə,
Bütün təklərin cütlüyünün höcətinə.

Düşdü narıncı yarpaqlar üstümüzdən. 
Bir fəsil yenə silahını atıb getdi
Yarımçıq hisslərin məktublarını səpələyib -
Bizdən...

Birdən bütün gözəlliklər köç elədi
İçimdəki ölkələrin sərhədlərindən...

Günəşlə gizlənən sarı bir ulduz kimi
Tək rəngli sevdim, görmədim rənglərini,
Bağışlmaz artıq məni sənlə qurulanlar.

Yastığa çökmüş hisslərin rəngi. 
Gecənin gündüzə qarışdığı qədər.
Kölgəsinin yetdiyi qədər dənizə - dağların,
Öpüşlərin əhatəni unutdurduğu qədər,
Belə bir hiss, dadmadığım.
Adı "xoş"dur,
Bəlkə "bəxt",
Yadaki gözəl tərəfidir dözülməz ağrıların.

Gecəyə çək pərdələri sevgim ürkünür.
Xəyali bir nağıla başla -
Qanadları olan kəslərdən...
Tərəfsiz qal kimlərəsə.
Ölüm kimi buz kəsmiş çarpayı, 
İçimdəki hər his bir qorxuya bürünür
Qadın (Adam)!
Burda atıb getmə məni.
Dünyanı daşımış kimiyəm,
Qərənfillər daşıyan min ağır hiss kimi.

Bir tək sən olmursan bütün gecələrdə...
Əşyalar soyuq, pəncərə buğ qərqi.
Əllər nəfəs hərarətində
Anlayır yoxluğundaki fərqi...

Hər qovşağında əzabın var mənim,
Səndən gələn hər nə olsa çılpağam.
Əlacımın ulğumunda əlim,
Sənə aparsın, hər kimə desən qulam.

Və tək sən olmursan niyəsə gecələrdə
Mən özümə olmuşam başqa birisi kimi...

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun