16 Kasım 2017 Perşembe

cığal qadın

Bu gecəyə bür məni
Çılpaq, cığal qadın -
Bütün dişilərin ilahəsi...

Susğunam,

Tumarlanıb inancımın dini.
Damcı kimi
Bir ulduzun düşməyə bəhanəsiyəm.

Düşmüşəm bəli,

Günəşin hədiyyəsi o parıltı söndü.
Elə bilməki bu yerlərin də şəhanəsiyəm.

Kor sözlərin

Ovunduğu çiyin və mən nəhayəsiyəm
Sevgisiz ölənlərin. -
Qəlbini kəsib atan qızın
Ümidsiz gəncin...

Heç bir özür qaytarmaz məni göyə...

İstəmədiyim səninəm.
Sevdim dediyin nağılı,
İndi hər gərçəyin biganəsiyəm.

Bağla indi o gözlərini,

Bir - iki gözəl söz de və get,
Qayıtdığında sabah
Açmayacam gözlərimi...

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun