12 Aralık 2017 Salı

sən bunu oxumalısan

     Zamanın hər millihadisəsinin necə keçdiyini görürəm qardaş. Bütün yaşanması mütləq hər şey, bəlkə də başqalarının yada məndən əvvəlki yaşayan mənin, təkrarlarından başqa bir şey deyil. Günəş bu günkü tək öz hökmünü həmişə qoruyar yəqin. Ən çox halına acıdığım kəpənəklərdi – ömrü qısa, səsi belə yox, zəyifliyinə zəriflik deyib ən aciz varlıqdı bəlkə, yerləşdiriblər zirvələrə...

     Yuxarılarda yerim olsaydı, bütün buludların üzünün suyunu tökərdim. Gəncliyimdən gedir söhbət. Hər saniyəsini saniyəsinə calaq edib, dəqiqələşdirib saat edib, “birlərini” müəyyən bir məbləğə başqalarına kirayə verdiyim gəncliyim... Bizi ulduzlardan məhrum edirlər bacı. Gecələri həyatın dadını bir təhər yorğan altında öldürməyə çalışırıq. Bütün riyazi düsturlar bizim üçün üçbucaqlaşıb – "edə biləcəklərimiz", "edə bilməyəcəklərimiz", "istəsəklərimiz"...

     Həyatımızdaki hər çətinliyə dözmək üçün var əslində, qısa formada yaşanan yaxşı şeylər. Biz "olacaqları" "olmayacaqların" yeri ilə dəyişməyə qadir deyilik. Gəmilərin hamısının burnu dənizlərdə, həmişə üfüqdəki liman adlanan sahillərə yönəlir şərtsiz. Gəmim olmazmıki, istiqamətsizliyin kompasına tabe olsun tək səfərlik. Geri dönüşü olmayan yol... Hər hansısa liman ürəyimdəki istilik üçün doğmalaşsın istəmirəm.

     Uçurtmaların hamısı süzülür küləyin vəhşiliyində. Elə bil "azadam" kimi gəlir hərdən mənə. Gəlməsi belə, bəs edir bəzən ancaq, bütün uçurtmaların yerdə bir ipi olur. Təmənnasız bir tək yağışı gördüm insanlara paxıllıq etmir. Onuda çətiraltı ibnələrdi gəzişir altında, niyə yağdığını belə soruşmadan, niyə yağdığını bilmədiyini zənn etdikləri yağışdan...

     Fəsillərin hər birində bir sirr görmüş adamam və mənə ancaq bahardan danışırlar. Mən isə son baharın nə demək istədiyindən söhbət açdım, heç kim başa düşmədi qaçdı. Əslində sonun olduğunu bizə dəfələrlə həyatımız boyu başa salır bütün fəsillər - təkrar və təkrar təkrarlayaraq öz sonlarını...

     İnsanları tərəziyə qoydum. Ölçü vahidi olaraq birdə bir ovuc torpaq. O torpaq ki insanın başına açmadığı qalmayıb oyun. Bir insan, iki insan və hətta ən sonda hamını yığdım o tərəziyə, özümü də üstəgəl. Bir ovuc torpaq qarşısında o bədənlər, o sümüklər, ətlər...

     Tanrını- o dəcəl uşağı çağırdım... Səsi gəlmədi. Danladım onu, öz içimdə hər gün onu intihara aparacaq cümlələrin düsturunu yazdım, pozdum. Onunla sakitləşib, onunla ən pis addımların məqsədlərini araşdırdım. O yenə “ədalət mənəm” deyib məni, bir uşağın başını oyuncaqla qatan kimi, aldatdı.

     Nə qədər sevmirəmsə onu o qədər çox sevir məni, sayır, hörməti artıq olsun. Kim olur olsun olmayan bir tanrıdı o, varlığını kiçik hərflərlə yazsam belə. Çoxuna lazımdı, ancaq kimsənin nə olduğunu bilmədiyi və yaxşı bilmədiyi insanlarının başının bəlası...

     Mən abzurt zaman zəncirinin bir neçə halqasıyam bəlkə. Varlığım mənasız bir boşluğa xitabən hazırlanıb – səliqəsizcə. Qanadlarında minlərcə incə naxışın izi ilə, dəyəri zamanın qarşısında acizləşdirilmiş bir kəpənək qədər ola bilmək arzusunda olan bir cansızam. Hər hansısa bir bulud – bu günə qədər axan bir - iki damcı gözyaşımdan buxarlaşıb, bilirəm. Gəncliyimin piyadası... Toplananların yeri dəyişdikdə dəyişməyən "olmazlar" mənəm. Deyil üçbacağın özü, üçbucağı tanrıya vəd edən mənəm. Göyün üzündə ipsiz uçurtma, dənizin ortasındaki üzməyən gəmi, fəsillərin illərdir torpağına yağdırmadığı yağışın intizarının, bütün hissizliyi mənim sözlərimdi...

     Tanrılaşdırıb özümü tanrını öz saltanatından endirəcəm, torpağın hökümünə iman edib. Onun səsizliyinin bütün ritimlərində məna ola bilməz deyib, əgər səssizlik ölümdən daha betər deyilsə deyən adam...


"Tutma zülmət gecəni əllərinlə,
Soyuğu çək, qaranlığı çək,
Yada nə görmürsən onu çək.
Büsbütün susdur içindəki səsi!
Ruhunun qarşısında az əyil!
Dözmə həyatsızlığa bu qədər həvəslicə!
Səni yaradan səndən yaxşı deyil...
Ölümün nə gücü var heçlik qarşısında? -
Tanrının dini səssizlik, özü heçlik isə"?...

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun