12 Aralık 2017 Salı

nədir bunun adı

Dəyərli Sadat Khan`a xitabən


gözlərini axtardığım üçün
rəngi çəkilib gözəl dediyin gözlərimin.
cansızlaşdırdığın sözlərimin, şeirlərimin
kölgəsində yağışı gözləyirəm -
küskün, gülərüz, dibində tükənmişliyin...
yaxşı yanımı səndə buraxıb
o qədər pisləşdirmişəmki məni,
tanımıram bu kəsi!..

bu qədər bilsəydim darıxacağımı -
ya getməzdim - dözərdim sənə,
yada məni hissizləşdirərdim əvvəldən.
səni bu şəhərin hər kəsində axtaracağımı zənn etməzdim.
bilsəydim, öldürərdim səni getmədən -
bütün ehtimalları boğazından üzərdim!

qalx!
qalx səmanın şəffaflığında buludlaş!
məni düşündüyünü göstər bir neçə damcı ilə
başıma oyun açan bu qara gecəyə...
susduqca sən, içim sökülənə qədər ağlayıram.
bəlkə də gözlərim alışıb,
yadaki sən yağırsan, mən islanmıram...

yenə də elə bilirsən gedərdimmi?
bir səni axı heç kimsəyə dəyişməzdim,
bəs belə nə etdin ki mən özümü dəyşdim?!
nədir bunun adı?..
sərbəst dayanmışam gecəyə,
bir az içki var sözsüz, bir az ağrı,
mən ölümün bütün təkliflərinə açıq, rahat.
gör nə qədər cəsarətsizləşib həyat! -
mən bütün silahlarımı atmışam axı.

dayanmışam səni ən çox sevdiyim küçələrdən birində,
sənin Bakını anlamağa çalışıram!
səni müqəddəsləşdirmişəm yenə
bütün sevgi qoxan ayinlərin hecələrində,
birdə, birdə, birdə yenə
bu gecə şəhərindən getməyə hazırlaşıram.



Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun