20 Şubat 2018 Salı

kimsəsiz ata

varsan və yoxsanla başlamamışdıq,
onsuz nə mən ilki nə sən sonusan.
yazan – yaradana qarışmamışdıq,
bəs niyə mən varam sən isə yoxsan?

de, hansı hissdir o közü olmur kül?
hansı güldür hər küsəni qaytaran?
şoran torpağımda bitmirki o gül?
bəlkə bitmir deyə bu qədər yoxsan...

çatdığın uzağın yeni hər kəsi
bizi burda köhnəltməyə başlayıb.
köhnələn onlara qonağam indi,
məndən səni soruşmayan qalmayıb.

bəlkə də paxıllıq edirdi çoxu –
gözü götürməyib səni və məni.
necə qınayasan onu ya bunu?
kim görüb bizim tək iki sevəni?..

əsməyi unudan soyuq rüzgarın,
və uçmağı bacarmayan mələyin,
ağzında almayla gəzən ilanın
əlinə uşaq etmisən, nə deyim?

kimsəsiz atayam, indicə hələ
yasəmənli çayın suyun qoyuram.
çayım, şəkillərin.. bir bilsən belə
divanda nə qədər yatır – dururam...

oğlanın dərsinə kömək edəndə,
qızın saçlarına daraq çəkirəm.
onlar çaşıb mənə “ana” deyəndə
“burdayam, burdayam!” – deyə bilmirəm!

boşan gəl buz kimi qara torpaqdan.
uşağa ölümdən bəhs etmək olmur.
bilki – tənhalığım məni yormadan
onları bir gündə böyütmək olmur.

sənin bu yoxluğun ömrün sonunda
bəxtsiz bir fəsildir, sayı az olan...
pəncərə çölündə yağan yağışda,
matəmə gələn tək susğundur yaman...

demirəm ölümdür sənsizlik mənə,
ancaq yaşamağı çox unutmuşam.
demirəm uzaqsan, getmirəm sənə,
r gün torpağını mənəm sulayan.

yenə gəlsə dünyaya bir mən, bir sən,
bəxtini sınama başqalarında.
əlbət bir yolunu axtarar o mən
yenə sevər səni çox, tapdığında...


Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun