20 Şubat 2018 Salı

mən gedirəm

Bədbin talehimə min sitəm edib,
Hirslə dişlərimi sıxıb gedirəm.
Hər kəsi, hər şeyi könüldən silib,
Hisslər ucabtından sınıb gedirəm...

Adımı göylərdə tuta bilmədim,
Zülmətdən günəşi dada bilmədim.
Ruhumu torpağa sata bilmədim,
Ömrümə peşmanlıq qatıb gedirəm!

Hiss edə bilmirəm baharı, yazı,
Mənə vəd edilib hər şeyin azı.
Tanrının çətindi yazdığı yazı,
Sözlər arasından sızıb gedirəm!

Bax, saxta üzlərdən bezən gözlərə,
Çatıb qaşlarını qorxunc üzlərə!
Kimsələr bilməyən gizlin yerlərə,
Satıb vicdanımı çıxıb gedirəm...

Aciz bir insanın iniltisindən,
Yaxşı adamların əhatəsindən,
Həyatın səs-küylü səssizliyindən
Yumub qulağımı, qaçıb gedirəm!

Diz çöküb qarşımda yalvarmasanda,
“Getmə!-dur!” deyərək bağırmasanda,
Heç məni axtarıb soruşmasanda
Səni ürəyimdən, atıb gedirəm!

Gecə, təkliyinlə qucaqlaşıb yat,
Səhər, olmasamda sən məni oyat,
Heç deyilsə belə özünü aldat.
Neyim varsa səndə alıb gedirəm.


Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun