19 Mart 2018 Pazartesi

boş...

indi boşdur içi biz tikən evin,
mən illərdir küsmüşəm getdiyim günə.
elə boşdur içim, elə doldurub
olmamazlığına içirəm hələ...


nə közləri qalıb nə külü bizim.
elə yoxdur sözüm, elə bil yoxam...
gəl, öldü bil – ölüm! – qalmasın izim.
yoxsa, belə hər gün ölənə tayam!

mənim unudacaq sənlilərim var,
sənsizliyim qədər sənim var hələ...
bəs deyil? –
getmişəm,
de! –
sənə nəvar?!
"əlimin içindən gəlib",
lap belə...


bax, belədir, günüm, gecəm – o gündən...
mən buyam yoxsansa, olmadığında.
bəlkə susmayasan,
nədir deyəsən –
İçi boş adamdan daha tez sınan...

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun