7 Mayıs 2018 Pazartesi

elə bil..

başını qoy çiynimə.
başqa bir dözülməzlik var bu gün səndə,
— mən dözərəm...
səsin elə bil müdafiə edir kimisə,
gözlərində yad bir baxışın izləri var,
bilirsən,
— mən sezərəm.
dəyiş üzündəki o günahkar ifadəni.
sən olmasan, evimin damı yıxılacaq! –
üşüyəcəyəm gecələri...
biri getməlidirsə bu gecə evimizdən,
alaram nələrisə səni xatırladacaq
— mən gedərəm!
nədir böyüdürsən belə –
yeniyetmə bir öpüş yoxsa yaşlı-başlı hiss?..
ki elə bil gedirsən yerindəcə.
elə bil utanırsan taparam deyə bir iz..
elə bil qalmırsan...
elə bil...
səni necə bağışlamaya bilərəm axı?
istəsən günəşi yandırar suyu söndürərəm.
istəsən səni dahada çox sevə bilərəm!
səndə göstərərsən necə olur qayğı,
hisslər varki, səni sevəndən tərgitmişəm.
dilimə qüvvə gəlib elə bil –
susmuramki..
heç soruşmadım, ac yoxsa toxsan..
bilsən nə qədər işi bitirmişəm –
yorulmuramki..
gözlədikcə gecikməyin..
vaxt keçmir elə bil, ya sən çox işləyirsən.
amma bilirdim bəzi gecələr niyə olmursan...
olmadığın hər incikli axşamlar
süfrə başında çox ac sabahlamışam!
qınama məni, sevən sevdiyindən ayrı qalmaz!
dünəndən bağışlamağa hazıram.
qoy boşaldım içimdə nə varsa yığılanlar..
elə bil onda yaxşıyam...
elə bil bir az – az-maz...
məndən gəl sən incimə ay kişi!
çıx, təzədən döy qapını.
gir! – ən bərkindən qucaqlayım səni.
gücümüz nə qədər çatırsa
unudaq bu axşamı, bu işi –
yenə bilməməzlikdən gələk nə varsa
hər dəfə olduğu kimi.
xeyir, deyirsənsə olmayacaq –
"gedirəm", "utanıram" və "qala bilmərəm"...
və biri getməlidirsə bu gecə evimizdən,
sən otur! – alıb nələrisə bizi xatırladacaq
— mən gedərəm!

udquna bilmirəm Bakı, dərdimi!..
bəlkə çəkəsən üstümdən artıq, əlini.
yer elə  bu gecə yanında mənə,
sabaha saxlamışam onu sevməyi...
artıq özü yığışdırar şam yeməyini,
bu nə dərd nədə ona oxşar deyil.
əllərimi kəsib dibindən, gəlmişəm,
amma az bir az orda qalmışam elə bil...

Elcan Hidayet

Hiç yorum yok:

Yorum Gönder

Neyin neysiyle konuştuğunuzu unutun